Maşının alın şüşəsi buzlu olduğu üçün vətəndaşlıq ala bilmədi - ŞOK QƏRAR

Yəqin İsveçrə vətəndaşlığının nə olduğunu deməyə ehtiyac yoxdur. Amma bu ölkənin vətəndaşlığına real namizədin öz şansını avtomobilin alın şüşəsinə görə itirməsi ümumiyyətlə qəribədir. Keçək mətləbə.
2019-cu ildə İsveçrə polisi alın şüşəsi buz bağlamış avtomobili saxlayır. İLk baxışdan adi görünən bu halı Alp ölkəsinin polisi bağışlamır. Sürücüyə 300 frank cəza (630 AZN) və 2 il qiyabi həbs cəzası verilir.
Məsələ bununla bitmir. Ötən il vətəndaşlıq üçün müraciət etmiş sürücünün namizədliyi bu cəza ucbatından bu gün ləğv olunub. Kabo-Verde vətəndaşı olan sürücüyə miqrasiya xidmətinin imtina cavabı belədir: “vətəndaşlıq üçün müraciət edən şəxsin heç bir məhkumluğu olmamalıdır”.
İndi bir anlıq düşünək ki, şüurlu şəkildə qayda pozan sürücü ilə necə davranarlar!
Vüqar Yaşaroğlu
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...











