Məşhur avtomobil şirkəti istehsalda təkrar emal olunmuş materialların payını artırır

Yaponiyanın avtomobil istehsalçısı "Toyota" nəqliyyat vasitələrində təkrar emal olunmuş materialların payını ən azı 30%-ə çatdırmaq niyyətindədir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Nikkei Asia" məlumat yayıb.
Məlumata görə, məşhur şirkət Avropa İttifaqının (Aİ) ekoloji tələblərinə cavab vermək üçün belə addım atacaq.
Xəbərdə bildirilib ki, Aİ yeni avtomobillərdəki plastikin müəyyən hissəsinin təkrar emal olunmuş materialdan hazırlanmasını tələb edir. İttifaq nəqliyyat vasitələrinin təkrar emalı qanunvericiliyinə düzəlişlər etməyi nəzərdən keçirir.
Qeyd olunub ki, hazırda təkrar emal olunmuş materiallar şirkət tərəfindən istehsal olunan hər bir avtomobilin ümumi çəkisinin 20-25%-ni təşkil edir. Aİ-nin ətraf mühit tələblərinin nəticədə təkcə plastikə deyil, həm də polad və alüminiuma da təsir göstərəcəyi gözlənilir.
"Toyota" yeni qaydalara əvvəlcədən hazırlaşır və istehsaldakı dəyişikliklər 60 min şirkəti əhatə edən bütün istehsal və təchizat zəncirinə təsir göstərə bilər.
Xəbərdə qeyd olunub ki, digər Yaponiya avtomobil istehsalçıları da oxşar addımlar atırlar. "Honda" 2050-ci ilə qədər tamamilə təkrar emal olunmuş və ya bərpaolunan materiallardan avtomobil istehsal etməyi hədəfləyir. "Nissan" isə 2030-cu ilə qədər təkrar emal olunmuş metaldan hazırlanmış alüminium hissələrə keçməyi planlaşdırır.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












