Rusiyada sərnişinin təyyarənin qaçırılacağı ilə bağlı iddiası uçuşu gecikdirdi

Volqoqraddan Moskvaya uçmalı olan təyyarənin yola düşməsi sərnişinlərdən birinin hava gəmisinin qaçırılacağı ilə bağlı iddiasından sonra iki saat gecikib.
Avtosfer.az xəbər verir ki, bu barədə jurnalistlər öz mənbələrinə istinadən məlumat yayıblar.
REN TV telekanalının "Telegram" kanalında yayımlanan məlumatda bildirilir ki, sərnişinlərdən biri təyyarənin qaçırılacağını iddia edib.
Mənbənin məlumatına görə, şübhəli şəxs Qazaxıstanda doğulmuş 42 yaşlı kişi olub. Onun, ehtimal ki, sərxoş vəziyyətdə olduğu bildirilir. Kişi polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmçinin məlum olub ki, həmin şəxs daha əvvəl oğurluq və qətllə hədələmə cinayətlərinə görə məhkum edilib.
Hadisədən sonra təyyarə və sərnişinlərin baqajı mütəxəssislər tərəfindən yoxlanılıb. Kinoloqların xidməti itlərlə apardığı yoxlama zamanı partlayıcı maddə və şübhəli əşyalar aşkarlanmayıb. İnsidentlə əlaqədar təyyarənin paytaxta uçuşu iki saat gecikib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












