Minik avtomobillərinin mühərrik həcminə görə - YENİ RÜSUMLAR

Azərbaycanda minik avtomobilinin mühərrikinin həcminə görə yeni dövlət rüsumları müəyyənləşir.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ bu gün Milli Məclisdə müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qeydiyyatına və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına görə bir sıra dövlət rüsumları dəyişir, bır sıra dövlət rüsumları isə Nazirlər Kabinetinin qərarı ilə deyil, qanunla müəyyənləşəcək.
Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat;
3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat;
4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulacaq.
Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır











