Misir Azərbaycana maşınqayırma sənayesi məsullarının ixracını artırıb

Misir ötən ilin yanvar-noyabr aylarında 5 milyard dollardan çox maşınqayırma sənayesi məhsulları ixrac edib. Bu, ölkənin eyni sənaye məhsulları ixracı tarixində rekord rəqəmdir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, ötən ilin 11 ayı ərzində bu sənaye məhsullarının ixracı 5,1 milyard ABŞ dollarına bərabər olub.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artım deməkdir. 2023-cü ildə bu növ sənaye ixracının həcmi 4,2 milyard dollar təşkil edib.
Məlumata görə, təkcə ötən ilin noyabrında ixrac 451 milyon təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəriciləri ilə (401 milyon dollar) müqayisədə 12,5 faiz artım deməkdir.
Məlumatda bildirilir ki, ötən ilin 11 ayı ərzində bu məhsulların ixracatında artım qeydə alınıb: kabel məhsulları (32.7), elektrik cihazları (6.1%), avtomobil hissələri (15.5%), məişət texnikası (4.6%), elektrik və elektronika sənayesi məhsulları (6.4%), nəqliyyat vasitələri (92.4%).
Bu məhsulların ixracatında əsas yeri Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Sloveniya, Səudiyyə Ərəbistanı, İraq, Livan, Oman, Azərbaycan, Qətər, Liviya, Əlcəzair, Mərakeş, Tunis, Keniya, Nigeriya, Qana tutub.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












