Müdirinin Ferrarisini dostuna sürməyə verdi, 1 milyonu... - FOTO

İngiltərədə iş adamı Riçard Hansonun 17 illik sürücüsü Allen Sikurella dostuna güvəndiyi üçün peşman olub.
Biznesmenin sürücüsü Hansonun "Ferrari 458 Speciale" avtomobili ilə tura çıxmaq istəyən dostu Raymond Zarba "yox" deyə bilməyib.
R.Zarb 380 min funt sterlinq dəyərində olan nəqliyyat vasitəsi ilə qəza keçirib. Nəticədə "Ferrari" yararsız hala düşüb.
R.Hanson hadisədən sonra sürücüsü Sikurellanı işdən qovub və onu məhkəməyə verib.
Biznesmen sürücüsündən həm avtomobilin pulu, həm də məhkəmə xərcləri olmaqla ümumilikdə 478 min funt sterlinq (təx.1 milyon AZN) təzminat tələb edib.
A.Sikurella isə qəza zamanı nəqliyyat vasitəsini heç kimə vermədiyini, onu özünün idarə etdiyini, dostunun sərnişin oturacağında oturduğunu deyib. Sürücü bildirib ki, qəzada avtomobilin yalnız sol tərəfinin əzilməsi onun iddiasını təsdiq edir. (olke.az)
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT














