Növbəti avtomobil hərracı elan edildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 11-də növbəti dəfə avtomobil hərracı keçirəcək.
Avtosfer.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 12 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, Ağdam Rayon İcra Hakimiyyətinə məxsus "Nissan Teana", "Cehvrolet Niva" və "Toyota Land-Cruiser Prado" markalı minik avtomobilləri, Səhiyyə Nazirliyinin 1 saylı Bakı Tibb Kollecinə məxsus "VAZ 21074" markalı minik avtomobili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna məxsus "Chevrolet Niva LC" markalı minik avtomobili, Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks" Birliyinə məxsus "VAZ 2107" və "QAZ 31105-120" markalı minik avtomobilləri, "QAZ 322131-95" markalı mikroavtobus, "İsuzu", markalı 2 avtobus, Elm və Təhsil Nazirliyinin Azərbaycan Dillər Universitetinə məxsus "Nissan Maxima" markalı minik avtomobili, Prezidentinin İşlər İdarəsi "Zuğulba" İqamətgahına məxsus "ZİL-MMZ-4502" markalı yük avtomobilidir.
Avtomobillərin buraxılış illəri 1991-2013-cü illər, start qiyməti 1 200 - 21 000 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?












