Novxanıda “Range Rover”lə 4 nəfəri öldürən klub prezidentinə AĞIR CƏZA - FOTO - VİDEO
Avtoxəbər
31 Mart 2022 14:54

Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib və təqsirləndirilən şəxs son söz deyib. Təqsirləndirilən şəxs avtomobili idarə edərkən sərxoş olmadığını bildirib: Mən heç zaman spirtli içki qəbul etməmişəm. Hadisə olan zaman da sərxoş deyildim. Götürülən analizdən də bu məlum oldu”.
Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hökmü elan olunub.
Hökmə əsasən, E.Kəlbəliyev 9 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror da çıxışında E.Kəlbəliyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun “Novxanı bağları” sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib. Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub. Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.
Oxunub : 6826
DİGƏR XƏBƏRLƏR
5 Sentyabr 2026 09:14
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
3 Sentyabr 2026 17:24
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
3 Sentyabr 2026 17:00
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
3 Sentyabr 2026 14:11
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
2 Sentyabr 2026 17:09
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
2 Sentyabr 2026 14:18
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
2 Sentyabr 2026 09:48
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
31 Avqust 2026 17:54
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
31 Avqust 2026 10:48
50-ci illərdə fara reklamı - FOTO
30 Avqust 2026 18:01
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
29 Avqust 2026 08:33
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
28 Avqust 2026 23:15
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
ŞƏRH YAZ



















