Polisi deyil, özlərini aldadırlar - EKSPERT İRAD BİLDİRDİ

“Avtomobillərin texniki baxışdan keçirilməməsinə görə 50 manat cərimə tətbiq edilir. Qayda belədir ki, əgər avtomobil keçən ilin 10 aprel tarixində texniki baxışdan keçirilibsə, bu il 10 aprel tarixində yenidən texniki baxışdan keçirilməsi lazımdır”. Avtosfer.az xəbər verir ki, bu sözləri sia-ya açıqlamasında yol hərəkətləri qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, qanunla da əlavə 20 gün vaxt verilir: “Bu zaman aralığında sürücü artıq maşını texniki baxışdan keçirməlidir. Sürücülərə də bu barədə ətraflı məlumat verilir. Bəzi sürücülər məsuliyyətsizlik edirlər, bəziləri isə elektron vasitələrdən istifadə etmədikləri üçün texniki baxışın zamanını bilmirlər. Qaydalara görə vaxtında texniki baxışdan keçməməyə görə 50 manat cərimə yazılır və 20 gün müddət verilir ki, texniki baxışdan keçirilsin. 20 gün tamam olduqdan sonra əgər hələ də texniki baxışdan keçirilməyibsə, yenə cərimə olunur. Bəzən elə olur ki, bu proses davam edir və 8 dəfə cərimə olunurlar. Ümumən avtomobilin texniki baxışdan keçirilməsi hər kəs üçün faydalıdır. Birincisi ətraf mühitin qorunması üçün sürücülərə məlumat verilir. Avtomobil normalara uyğun vəziyyətə gətirilir. Digər tərəfdən işıq, tormoz sistemləri məcburən də olsa ildə bir dəfə müayinə etdirilməlidir. Biz buna texniki baxış deyirik, amma bu texniki müayinədir. Necə ki, insan sağlamlığı yoxlanılır, avtomobil də müayinə olunmalıdır. Bu artıq sürücünün öz məsuliyyətidir. Sürücülər maşın tör-töküntü formada da olsa maşını sürürlər. Maşın normal vəziyyətdə olmalıdır, işıqlar, sükan mexanizmi düzgün şəkildə işləməlidir. Avtomobildə tibb çantası, yanğınsöndürən balon olmalıdır. Lakin bunları ancaq texniki baxış zamanı yada salırlar. Özləri ilə nə tibb çantası, nə yanğınsöndürən balon, nə də qəza üçbucağı olur. Bir-birlərindən alıb texniki baxışdan keçirlər. Sanki bununla yol polisini adadırlar. Lakin nə edirlərsə, özlərinə edirlər. Böyük bir problemlə üzləşdikdə isə başa düşəcəklər ki, polisi deyil, özlərini aldadırlar”.
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım










