Polislər tapdıqları meyiti başqa bölmənin ərazisinə atdılar - SƏBƏB

Moskvada polis ölüm işi ilə məşğul olmamaq üçün tapılan cəsədi qonşu əraziyə atıb. Hesabatda isə yalan məlumat qeyd olunub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, noyabrın 11-də Altufevski rayon polis şöbəsinə zəng daxil olub. Zəngdə, Bibirevskaya küçəsindəki evin yanında meyit tapıldığı barədə məlumat verilib. Xidmətdə olan serjantlar hadisə yerinə gediblər. Onlar hesabatda göstərilən ünvanda heç kimi tapmadıqlarını, vətəndaşın onlar gəlməmişdən əvvəl özbaşına getdiyini yazıblar.
Əslində, hadisə yerinə gələn serjantlar 39 yaşlı kişinin cəsədini aşkar ediblər. Sadəcə olaraq polislər sənədləşmə və qeydiyyatla məşğul olmaq istəməyiblər. Beləcə onlar meyiti xidməti avtomobilə qoyaraq qonşu Bibirevoya aparıb və Yurlovski proezdindəki qarajların yanına atıblar. Serjantların bu əməlit müşahidə kameralarına düşüb.
İki gündən sonra kişinin cəsədi yenidən tapılıb. Hazırda başqa bölgədən olan əməliyyatçılar araşdırma aparırlar.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










