Azərbaycanın bu kəndində hamı traktor sürür - VİDEO

Bura Qusarın Düztahir kəndirdir. Bu kənddə demək olar ki, hər kəsin həyətində bir T - 16 traktoru var.
Kənd sakini Qafur Əmirağayev 20 ildən çoxdur ki, T - 16 markalı traktor idarə edir. Müsahibimiz el arasında “Pat-pat” adlandırılan bu texnikanın dağ kəndləri üçün xeyli əlverişli olduğunu bildirir. Qafur Əmirağayev qeyd edir ki, çətin dağlıq relyefdə T - 16-lar olduqca rahat hərəkət edə bilir. Eyni zamanda bu texnika digər texnikalardan daha az dizel yandırır. Təbii ki, bu da kənd sakinlərinin işinə yarayır.
T - 16 traktorları kənd sakinlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarını, gübrələri və digər yüklərin daşınmasını asanlaşdırır. Bu texnikanın təmiri də elə kənddə həyata keçirilir. Təmir üçün lazım olacaq ehtiyat hissələri də kənddə satılır. Burada hətta yanacaqdoldurma məntəqəsi də var.
Qeyd edək ki, hazırda 300-dən çox evin olduğu kənddə 200-dən çox qırmızı “pat-pat” var. (lent.az)
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












