"Renault" "Ford" üçün kompakt avtomobillər istehsal edəcək

Amerikanın avtomobil istehsalçısı "Ford Motor" Avropadakı biznesini genişləndirmək üçün rəqibi "Renault" ilə əməkdaşlığa başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qeyd edilib ki, "Renault" birgə dizayn edilmiş iki kompakt elektrik avtomobil modeli istehsal edəcək və dizaynı "Ford" idarə edəcək. Bu avtomobillər 2028-ci ildə satışa çıxarılacaq.
Şirkətlər, həmçinin "Ford"un Avropadakı satışlarının əsas hissəsini təşkil edən furqon seqmentində əməkdaşlıq imkanlarını araşdırırlar.
Əlavə edək ki, avtomobil istehsalçıları pula qənaət etmək və rəqabət qabiliyyətini artırmaq üçün getdikcə daha çox tərəfdaşlıq edirlər. Çin isə Avropa avtomobil bazarı üçün əsas rəqabət təhlükəsi hesab olunur.
Çin şirkətləri üçüncü rübdə əsasən cəlbedici qiymətlərə görə Avropa avtomobil bazarının təxminən 6,7%-ni təşkil edib. "Ford" isə sürətlə bazar payını itirir. Belə ki, bu ilin yanvar-oktyabr aylarında "Ford"un Avropada bazarında payı 7,2%-dən 3,3%-i düşüb./İqtisadiyyat
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR












