“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda! - FOTO

Elektrik avtomobil həvəskarları üçün müjdə - Azərbaycanın çoxçeşidli elektrik avtomobil idxalçısı olan “VOLT AVTO” 25 aprel 2024-cü ildə “Rox Motor” avtomobil brendi ilə distribütorluq müqaviləsi imzalayıb.
Belə ki, aprelin 25-dən mayın 4-dək Pekində keçirilən “Auto China 2024” - Pekin Beynəlxalq Avtomobil Sərgisinə dəvət alan “VOLT GROUP”un həmtəsisçisi və direktoru Emin Əsgərov sərgi zamanı “Rox Motor” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, Azərbaycanda sözügedən avtomobilin rəsmi satış hüququ “VOLT AVTO”ya həvalə edilib.
Beləliklə, bu gündən etibarən “Rox 01” “plug-in hibrid” SUV yolsuzluq avtomobilini sifariş etmək mümkündür.
“Rox 01” “plug-in hibrid” avtomobilinin özəlliklərinə gəlincə, aşağıdakı detallar diqqət çəkir:
- Avtomobil məşhur italyan dizayneri Pininfarina tərəfindən dizayn olunub və modeli olduqca dəbli bir eksteryer ilə nümayiş etdirir;
- İnteryerində Nappa təbii dərisindən istifadə edilib;
- Avtomobil dinamik sürücülük funksiyasına malik olması və hər cür yolda özünü doğrultma bacarığına sahibliyi;
- Avtomobil REEV/EREV tipli “Plug in hybrid”dir və 1,5T generator mühərrik ilə təchiz olunması. Bu sistemə əsasən, onun maksimal yürüş məsafəsi 1338km olur;
- Avtomobilin ümumi 476 at gücü olan iki elektrik mühərriki ilə təchiz edilməsi;
- Avtomobilin 56KWh batareya ilə təchiz olunması və yalnız elektrik ilə 282 km. yürüş qət etməsi;
- 5,5 saniyəyə 100 km. sürətlənməsi və 1338 km. məsafə qət etməsi;
- Ağıllı adaptiv fənərlərlə tam təmin edilməsi;
- Ön və arxa oturacaqların isitmə sisteminin mövcudluğu, eləcə də ventilyasiyası və masaj sisteminə malik olması;
- “ROX 01” modelinin 6 və ya 7 oturacaqlı olması.
Modelin müştərilərə ilkin təhvil verilməsi tarixi bu ilin mayı üçün nəzərdə tutulub.
Qeyd edək ki, artıq Bakıda “Rox Motor” ehtiyat hissələrinin mərkəzi anbarı yaradılır.
Əlavə olaraq onu da vurğulayaq ki, “Rox Motor” avtomobilinə 8 il ZƏMANƏT verilir.
“ROX Motor” intellektual avtomobil sektorunda innovasiyalara yönəlmiş texnologiya şirkətidir.
Öncədən sifariş üçün linkə keçid edin: https://rox.az/
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı








