Rusiyada avtomobil satışı 3 dəfə azalacaq - DİLLERLƏR ŞOKDADIR

Rusiyanın avtomobil dillerləri 2022-ci ildə ölkədə yeni avtomobillərin satışının iki-üç dəfə azalacağını gözləyirlər.
Avtosfer.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya Avtomobil Dillerləri Assosiasiyasının (ROAD) prezidenti Vyaçeslav Zubarev bildirib. "Son iki ildə bazarda maşın qıtlığı var idi və çox yüksək alış aktivliyi müşahidə edilirdi. Sanksiyalardan sonra hər şey bir anda dəyişib. Bu gün avtosalonlara gələn və ya zəng edib maşın sifariş edən müştərilərin sayı olduqca azdır”, - deyən Zubarev söyləyib ki, bu il yeni avtomobillərin satış dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə kiçiləcək: "Azalmanın nə qədər olacağını öncədən proqnozlaşdırmaq mümkün deyil. Bazar hələ də ciddi şoklardan xilas ola bilməyib. Şokların təsiri getdikcə daha çox hiss olunur və yəqin ki, satışların ən azı 2-3 dəfə azalacağı ehtimalı güclüdür”. Avropa Biznesləri Assosiasiyasının (AEB) məlumatına görə, 2022-ci ilin birinci rübündə Rusiyada yeni minik avtomobilləri və kiçik avtomobillərin satışı 28,4% azalaraq 277,3 min ədəd olub.
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












