Rusiyaya lüks avtoixrac: Yol Azərbaycandan keçir

Sanksiyalara baxmayaraq, Britaniya istehsalçılarının bahalı avtomobilləri Azərbaycan kimi üçüncü ölkələr vasitəsilə Rusiyaya çatdırlır.
Avtosfer.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News” yazıb.
Dəyəri yüz milyonlarla funt sterlinq olan elit Britaniya avtomobilləri dairəvi yollarla, üçüncü ölkələrdəki vasitəçilər vasitəsilə Rusiyaya gətirilməkdə davam edir.
Xüsusilə, 2023-cü ildə Böyük Britaniyanın Azərbaycana avtomobil ixracı (tammiqyaslı müharibənin başlanmasından əvvəlki 5 illik dövrlə müqayisədə) demək olar ki, 2000% artıb.
Ölkə gözlənilmədən Avstriya, Portuqaliya və İsveçi qabaqlayaraq, ümumi məhsul üzrə Britaniyadan 16-cı ən böyük avtomobil idxalçısı olub.
Kəmiyyət baxımından bu, sanksiyalar tətbiq olunana qədər Britaniya avtomobillərinin Rusiyaya illik ixracına uyğundur. Eyni zamanda, Azərbaycandan Rusiyaya avtomobil ixracında görünməmiş artım müşahidə edilirk.
HMRC-nin məlumatlarından belə çıxır ki, Azərbaycana ixrac edilən Britaniya avtomobillərinin orta qiyməti 100 min funt-sterlinqdən çoxdur, yəni söhbət lüks avtomobillərdən gedir.
Jurnalist mənbələr Rusiyaya alman avtomobillərinin əsasən Qırğızıstan, Britaniya avtomobillərinin isə Azərbaycan üzərindən daşındığını bildirir.
Avtomobil istehsalçıları öz məhsullarını Rusiyaya satmadıqlarını iddia edirlər. Əslində, mallar Azərbaycana çatdıqdan sonra real son alıcını tapmaq və onları izləmək demək olar ki, mümkün deyil.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












