Sığortalar niyə Mərkəzi bankın qərarını saymır? - FOTO

Sığorta şirkətləri yenə aşağı həcmli mühərrikə sahib olan avtomobilləri sığortalamaqdan boyun qaçırırlar. Artıq neçənci dəfədir ki, bununla bağlı sosial şəbəkələrdə istifadəçilər tərəfindən bu haqda qeyd edilir. Bu gün isə bu haqda hadisənin şahidi olan, Report.az informasiya agentliyinin əməkdaşı Tural İbadlı öz sosial şəbəkə hesabında yazıb. Onun yazısını sizə təqdim edirik
Tural İbadlı: Bu gün Sumqayıtdakı 1 saylı ASAN Xidmətdə bir xoşagəlməz hadisənin şahidi və iştirakçısı oldum.
Deməli, növbəsi məndən öndə olan ağsaqqal qeydiyyatda olan xanıma dedi ki, avtomobilini sığortalamaq istəyir və belə bir dialoq oldu:
Əməkdaş - Avtomobilinizin "motor"u necədir?
Ağsaqqal - 1,6.
Əməkdaş - 2,5 dən aşağı "motor" sığortalanmır.
Bununla da mübahisə yarandı. Sonda ağsaqqal haqlı olaraq dedi ki, xahiş edirəm mənə qəbzi verin gedim görüm sığorta şirkətləri niyə bunu etmir.
Təbii ki, o buna nail ola bilmədi. Mənim də məsələyə müdaxiləmdən sonra ASAN Xidmət əməkdaşı yalnız ona imkan yaratdı ki, gedib sığorta şirkətlərinin əməkdaşları ilə danışsın!
Təsəvvür edin aylardır biz bu barədə yazırıq. Azərbaycan Respublikasının Mərkəzi Bankı da açıqlama verir ki, mühərrikin həcmi aşağı olan avtomobillər də avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanır.
Amma, əməli işə gələndə bəzi sığorta şirkətlər AMB-nin bu qərarını görməzdən gəlir. Açıq deyirlər ki, tənzimləyici orqan olan Azərbaycan Respublikasının Mərkəzi Bankını saymırıq!
Bunların əlindən hara gedək, bilmirəm!
![]()
Avropada elektromobil satışları bu səbəbdən artdı
Smartfonu avtomobildə enerji ilə doldurmaq yanacaq sərfiyyatını artırır?
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir










