Sovet maşını olanlara utilizasiya ilə bağlı ŞAD XƏBƏR

Magistrallarda qəzanı ən çox köhnə sovet maşınları törədir. Elə məhz ölüm hallarının da çoxu məhz bu avtomobillərin qəzası zamanı baş verir. Ölkəmizdə könhə avtomobillərin utilizasiyası ilə bağlı prosesə başlanılması xəbərini artıq bir müddət əvvəl eşitmişik.
Bəs bu proses hansı qaydalarla davam edir?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı “Bizim.Media”ya danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, köhnə sovet avtomobilləri qəzaya düşən zaman xəsarət alma riski, ümumiyyətlə ölüm riski daha çox olur:
“Köhnə Sovetin avtomobilləri utilizasiyaya göndərilməlidir. Bunun üçün də utilizasiya proqramı artıq mövcuddur və könüllüdür. Sadəcə utilizasiya proqramı çərçivəsində sürücüyə verilən məbləğ olduqca aşağıdır. Daha doğrusu bu məbləğ sənət formasında olur. Vətəndaş gedib Azərbaycan istehsalı olan avtomobil almalıdır.
Düşünürəm ki, bu şərtlər də bir qədər qəlizdir və sadələşdirilməlidir.
İlk olaraq verilən məbləğ (1500 manat) bir neçə dəfə artırılmalıdır. İkincisi də utilizasiya avtomobilini vermiş şəxslər üçün kredit şərtləri də sadələşdirilməlidir. Digər bir məqam isə yalnız yerli avtomobil deyil, eyni zamanda, digər xaricdə istehsal olunmuş avtomobillərin alınmasına da icazə verilməlidir”, - deyə ekspert bildirib. O, eyni zamanda qeyd edib ki, daha bir addım da ondan ibarət olmalıdır ki, həmin o köhnə sovet avtomobillərini ölkədən çıxaran şəxslərə də müəyyən subsidiya məbləğlər verilsin. İnsanlar maraqlı olsun ki, həm dövlətdən subsidiya alır, həm də həmin o avtomobili xarici ölkədə satma imkanı qazanır”.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










