Sürücülərə şad xəbər: “Avro-5” yanacağın istehsalına az qaldı - SOCAR-dan AÇIQLAMA
Avtoxəbər
29 Noyabr 2021 11:24

“2023-cü il ərzində daha keyfiyyətli Ai-92 benzin istehsalı və nəhayət “Avro-5” standartına cavan verən Ai-92 və Ai-95 benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur”. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 2022-ci ilin ortasında zavodda istehsal olunan dizel “Avro-5” standartlarına cavab verəcək. “Amma istehsalatda olan dizellərin bu standarta uyğunlaşması 4-6 ay çəkəcək”, - deyə o əlavə edib.
Onun bildirdiyinə görə, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən reallaşacaq:
“Bu proses “Avro-5” standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər”.
Oxunub : 3000
DİGƏR XƏBƏRLƏR
5 Oktyabr 2026 21:50
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
5 Oktyabr 2026 17:18
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
5 Oktyabr 2026 14:11
Avtomobil sığortası BAHALAŞACAQ?
4 Oktyabr 2026 23:14
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
4 Oktyabr 2026 13:39
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
4 Oktyabr 2026 08:59
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
2 Oktyabr 2026 19:12
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
2 Oktyabr 2026 17:06
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
1 Oktyabr 2026 20:28
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
1 Oktyabr 2026 15:56
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
1 Oktyabr 2026 12:18
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
1 Oktyabr 2026 11:18
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
ŞƏRH YAZ














