Sürücülərin avtomobili məhv edən vərdişləri - Ekspertdən XƏBƏRDARLIQ

Sükan arxasında etdiyiniz yanlış hərəkətlər avtomobilinizin ömrünün əhəmiyyətli dərəcədə azalmasına və bahalı təmirə gətirib çıxara bilər.
Avtosfer.az xəbər verir ki, rusiyalı avtomobil eksperti Sergey Qrebenşikov lenta.ru ilə söhbətində sürücülərin avtomobilə ziyan vuran ən çox yol verdiyi səhvlərdən danışıb.
"Avtomobili qəfil işə salmaq və tormozlamaq əyləc qəliblərini və disklərini sıradan çıxarır, ötürmələr qutusunu həddən artıq yükləyir və yanacaq sərfiyyatını 15-30% artırır", - deyə ekspert xəbərdarlıq edib.
Belə aqressiv sürmə üslubu nəinki transmissiyanı həddindən artıq yükləyir, həm də bütün əyləc sisteminin xidmət müddətini əhəmiyyətli dərəcədə azaldır.
"Başqa bir vərdiş avtomobili qızmamış mühərriklə sürməkdir. Bu, xüsusilə qışda təhlükəlidir, çünki yağ qatı soyuq olur və detalları yaxşı yağlamır, bu zaman silindrlər və porşenlər daha tez sıradan çıxır və mühərrikin istismar müddəti azalır", - deyə Qrebenşikov qeyd edib.
Mütəxəssisin fikrincə, yüksək ötürmə ilə aşağı sürətlə sürmək də həmçinin ciddi ziyana səbəb ola bilər. Mühərrikin bu cür yüklənməsi vibrasiyanın artmasına və ilişmə muftasında gərginliyə səbəb olur ki, bu da asqı və transmissiyaya mənfi təsir göstərir. Avtomobil mütəxəssisi ötmə zamanı və ya yüksəkliyə qalxarkən ötürməni vaxtında azaltmağı tövsiyə edir.
"Daim kəsəkli və çuxurlu yollarda sürmək, hətta ən güclü avtomobillərdə belə amortizatorların və dayaqların xarab olmasına, kuzovda çatlara, həmçinin təkərlərin çökməsinə və şinlərin sıradan çıxmasına səbəb olur", - deyə Qrebenşikov vurğulayıb.
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı











