Sürücülük vəsiqəsini 2 min manata satırdılar; dünya ayağa qalxdı

Ötən gecə Bolqarıstanda baş vermiş avtobus qəzası 46 nəfərin həyatına son qoydu. Bəs bu ölkədə yol hərəkəti sistemi necədir? Ən əsası, sürücülük vəsiqələri necə verilir?
Avtosfer.az bildirir ki, təxminən 10 il əvvələdək Avropa ölkələri sürücülük vəsiqəsi almaq üçün Bolqarıstana axın edirdi. Səbəb sadədir: 1000 avro gətir, 3 saat sonra vəsiqəni apar.
Mexanizm də asan qurulub: 1000 avronun 50-si baş həkimə, 200-ü sürücülük məktəbindən köhnə tarixlə verilən arayışa, qalan hissəsi isə nəzəri və praktik imtahana sərf olunur.
Sual olunur: niyə insanlar özləri oxuyub hazırlaşmırlar? Çünki imtahandakı nəzəri suallar sırf mexanizmlərə aiddir, bunu yalnız mühəndis anlaya bilir. Köhnə “yezda” avtomobilini isə yerindən tərpətmək hər oğulun işi deyil.
Qeyri-bolqarlar üçün də məsələ aydındır. Almaniya və ya Fransada 3-5 ay əlləşməkdənsə min avronu verib beynəlxalq vəsiqə götürmək daha rahatdır.
Bolqarıstan vəsiqəli sürücülərin iştirakı ilə baş verən qəzalar kütləviləşdikdən sonra Qərbi Avropa ölkələri qaydaları dəyişdi. İndi əksər ölkələr öz vətəndaşlarının Şərqi Avropada aldığı vəsiqəni tanımır. Məsələn, Hitler Almaniyasında yaşayan alman vətəndaş qeydiyyat yerindən asılı olmadan istənilən yerdə oxuyub imtahan verə və vəsiqə ala bilərdi. İndi isə harada oxumağından asılıl olmadan imtahan yaşayış yerində verilməlidir.
Qayıdaq ötən gecə baş verən qəzaya: Bolqardilli “Kapital” jurnalının 2009-cu il sentyabr sayında belə bir sərlövhəli məqalə vardı: “Korrupsiya adlanan avtoxuliqan”. Həmin məqalədə göstərilir ki, Avropa İttifaqının yol təmiri üçün ayırdığı vəsait mənimsənilib, magistral yolun cəmi bir neçə kilometri tikilib. 46 nəfərin son dayanacağı olan yol da məhz bu idi.
Sürücülük imtahanlarındakı korrupsiya ilə bağlı polis dəfələrlə reyd keçirsə də mənası olmur. Hər dəfə 3-5 nəfər saxlanılır və iş bağlanır...
Vüqar Yaşaroğlu
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










