Sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsumlar artırılır

Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar dəyişir. Avtosfer.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır.
- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.
- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçünrüsum artırılaraq 10 manat məbləğində müəyyənləşir. əvvəl bu rəqəm 5 manat idi.
Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin
dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.
- avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.
Qanuna təklif edilən yeni maddəyə əsasən, artıq beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi də mümkün olacaq. Bunun üçün 12 manat rüsum müəyyənləşir.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO








