Technol şirkəti API (American Petroleum Institute) sertifikatına layiq görüldü - FOTO

Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısı olan Technol Amerika Neft İnstitutunun mühərrik yağlarının lisenziyalaşdırma və sertifikatlaşdırma proqramında uğurla iştirak edərək istehsal etdiyi mühərrik yağları üzrə sertifikatla təltif olunub. Bu sertifikat təsdiq edir ki, Technol şirkətinin istehsal etdiyi mühərrik yağları ABŞ, eləcə də beynəlxalq avtomobil və mühərrik istehsalçıları tərəfindən irəli sürülən və ümumilikdə yağ sənayesi üzrə müəyyən edilmiş performans tələblərini tam olaraq, qarşılayır.
Yeri gəlmişkən, Amerika Neft İnstitutu neft və təbii qaz sənayesinin istehsalat, emal, təchizat və bir çox sahəsində fəaliyyətdə olan 650-yə yaxın beynəlxalq korporasiyanı təmsil edən ABŞ-ın ən böyük ticarət assosiasiyasıdır.
Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO 17025:2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO 9001:2015 standartı tətbiq olunub.
Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək Technol şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
















