Telefon söndürüldükdə də radiasiya yayır?
Ətrafımızdakı bütün smartfonlar radiasiya yayır. Radiasiyaya uzun müddət və yüksək dozada məruz qalmaq həyati tarazlığı pozur. Smartfonlar isə bizə ən çox zərər verən süni şüalanma mənbələri arasındadır.
Telefon söndürüldükdə radiasiya yayırmı?
Çox güman ki, gözlədiyiniz cavab "Xeyr" idi, amma belə deyil. Telefonların radiasiya yayma səviyyəsi modeldən modelə fərqlənir. Elə cihazlar var ki, hətta söndürüldükdə belə bu təhlükə qalır. Doğrudur, köhnə mobil telefonların əksəriyyəti söndürüldükdə radiasiya yaymır. Smartfonlarda isə bəzi funksiyalar söndürüldükdə belə arxa planda işləməyə davam edir.
Telefon açıq, lakin ekranı sönük olanda radiasiya yayır?
Telefonlar ən çox işə salındıqda və istifadə edildikdə radiasiya yayır. Çünki mesaj yazmaq, e-poçt göndərmək və ya zəng etmək telefondan birbaşa simsiz əlaqə qurmağı tələb edir. Bu əməliyyatları siqnal gücü az olan bir ərazidə həyata keçirirsinizsə, radiasiya emissiyası daha da artacaq. Çünki telefonunuz yaxşı əlaqə yaratmaq üçün daha çox enerji sərf etməyə başlayır.
Telefonların yaydığı radiasiyanın zərərindən necə qorunmaq olar?
Telefonların yaydığı radiasiyanı ən aşağı səviyyədə saxlamaq istəyirsinizsə, verə biləcəyimiz ən təsirli məsləhət telefonunuzu söndürməkdir. Lakin biz onu da bilirik ki, dövrümüzdə bu tövsiyəni həyata keçirmək demək olar ki, mümkün deyil. Buna görə də telefon açıq olarkən görəcəyiniz ehtiyat tədbirləri üzərində dayanacağıq. İndi telefon açıq olarkən nə edilə biləcəyinə baxmağa başlayaq.
Telefonu bədəninizə çox yaxın tutmayın.
Telefonların bədənə toxunduqda və ya cibdə daşınarkən yaydığı radiasiya daha çox təsiredicidir. Bu səbəbdən telefonu cibdə yox, çanta və ya telefon qabında daşımaq tövsiyə olunur.
Telefondan istifadə etmədiyiniz zaman “WiFi” və “Mobil data”nı söndürün.
“WiFi” və “Mobil data” funksiyaları aktiv olduğu müddətcə telefonunuz daim qoşulu qaldığı üçün radiasiya yaymağa davam edəcək. İstifadə etmədiyiniz zaman internet bağlantısını söndürməklə, telefonun yaydığı radiasiyadan özünüzü ciddi şəkildə qoruya bilərsiniz. Məsləhət görülür ki, radiasiyadan qorunmaq üçün saxta telefonlardan da istifadə etməyəsiniz.
Yeni “Lada”nın satışa çıxarılacağı tarix təsdiqləndi - FOTO
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!











