“Tesla” Britaniyadan 200 milyon funt sterlinq qrant alıb - 2016-cı ildən bəri

İlon Maskın elektrik avtomobili istehsalçısı “Tesla” şirkəti 2016-cı ildən bu yana Böyük Britaniya hökumətindən təxminən 200 milyon funt sterlinq qrant alıb.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu məlumat ictimai müqavilə məlumatlarını təhlil edən “Tussell” tərəfindən açıqlanıb.
Vestminster tərəfindən “Tesla” şirkətinə ümumilikdə 191 milyon funt sterlinq ayrılıb. Bu vəsaitin böyük hissəsi, 188 milyon funt sterlinqi Böyük Britaniyanın Nəqliyyat Nazirliyi (DfT) tərəfindən verilib.
Qrantlar “plug-in” avtomobil qrantı proqramı çərçivəsində təqdim edilib. Bu proqram çərçivəsində yeni elektrik avtomobillərinin dəyərinə başlanğıcda 5 min funt sterlinq məbləğində endirim tətbiq olunub. Proqram 2022-ci ilin iyun ayında sona çatıb.
2020-ci ildə “Tesla”ya ayrılan qrantlar 61,6 milyon funt sterlinq təşkil edib. Lakin sonrakı illərdə qrant məbləğləri azalmağa başlayıb. Sonuncu rəqəmlərə əsasən, şirkət keçən ilin ilk altı ayında cəmi 49 min funt sterlinq məbləğində qrant alıb.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












