“Toyota” istehsalatın bir hissəsini Avropaya köçürməyi qərara alıb

“Toyota” şirkəti “GR Corolla” idman avtomobili istehsalatının bir hissəsini Böyük Britaniyaya köçürmək niyyətindədir.
Avtosfer.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Yaponiyanın avtomobil nəhəngi Şimali Amerikaya ixracatı artırmaq məqsədilə Burnaston rayonunda istehsalat xəttinin inşasına təxminən 56 milyon dollar sərmayə yatıracaq. Həmin müəssisədə Şimali Amerika bazarına göndərilməsi üçün ildə 10 min avtomobil istehsalı planlaşdırılır.
Şirkət nümayəndələrinin sözlərinə görə, bu addım ABŞ Prezidenti Donald Trampın avtomobil idxalına tətbiq etdiyi rüsumlara cavab kimi qəbul edilməməlidir.
Bu arada, Ağ ev Böyük Britaniyadan avtomobil idxalına rüsumları on faizə endirmək qərarına gəlib. Yaponiya isə ABŞ-ın bütün avtomobil idxalına tətbiq etdiyi 25 faizlik rüsumun aradan qaldırılmasına çalışır.
Donald Trampın tarif siyasəti səbəbindən Yaponiyanın “Toyota”, “Sony” və “Mizuho” kimi böyük şirkətləri 27,6 milyard dollaradək zərər riski ilə üzləşib. ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağı təqdirdə nəticələr daha acınacaqlı ola bilər.
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












