"Chery Omoda 5" sahiblərinə xəbərdarlıq: Avtomobillər idarəetməni itirə bilər

Çinin avtomobil istehsalçısı "Chery" şirkəti "Omoda 5" modelində aşkar edilən texniki qüsura görə minlərlə avtomobili geri çağırır.
Avtosfer.az xəbər verir ki, Avstraliyanın rəsmi avtomobillərin geri çağırılması reyestrində noyabrın 13-də dərc olunan məlumata əsasən, kampaniya 2023-cü ildə istehsal edilmiş 7 285 ədəd "Chery Omoda 5" avtomobilini əhatə edir.
Məlum olub ki, istehsal zamanı avtomobilin arxa oxundakı qaynaq birləşməsi lazımi möhkəmlikdə hazırlanmayıb. Nəticədə həmin hissədə çatlar yarana bilər.
Rəsmi xəbərdarlığa görə, bu qüsur avtomobilin idarəetməsinin itirilməsinə, yol-nəqliyyat hadisəsinə və xəsarətlərin baş verməsinə səbəb ola bilər.
Geri çağırma kampaniyası yalnız Avstraliya bazarına aiddir. Bu isə digər ölkələrdə satılan bütün "Omoda 5" avtomobillərinin eyni qüsura malik olduğu anlamına gəlmir.
Şirkət avtomobil sahibləri ilə yazılı şəkildə əlaqə saxlayacaq. Rəsmi servis mərkəzlərində arxa ox yoxlanılacaq, zərurət yaranarsa, təmir işləri ödənişsiz aparılacaq.
Kampaniya RCB-2606 nömrəsi ilə qeydə alınıb.
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları












