Tramp avtomobil istehsalçılarının rüsumlarına yenidən baxacaq

ABŞ Prezidenti Donald Tramp avtomobil istehsalçılarına müəssisələrini ölkəyə köçürmələrinə vaxt vermək üçün bəzi tarifləri yüngülləşdirməyə hazırlaşır.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, “Wall Street Journal” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Plana əsasən 25 faiz rüsum ödəyən şirkətlər polad və alüminium üzrə rüsumlardan azad ediləcək. İstehsalçılar artıq edilən ödənişlərə görə kompensasiya ala biləcəklər.
Ağ ev, həmçinin mayın 3-dən qüvvəyə minməsi planlaşdırılan avtomobil komponentlərinin idxal tariflərini dəyişdirməyi planlaşdırır.
Ötən həftə avtomobil sənayesinin nümayəndələri Donald Trampı idxal olunan hissələrə 25 faizlik gömrük rüsumunu ləğv etməyə çağırıblar. Onlar rüsumların qiymətlərin kəskin artmasına və satışların azalmasına səbəb olacağı barədə xəbərdarlıq ediblər. “General Motors”, “Toyota Motor”, “Volkswagen” və “Hyundai” artıq istehsalın dayandırılması, əməkdaşların işdən çıxarılması və yerli müəssisələrin müflisləşməsi ilə nəticələnə biləcək çətinliklərlə qarşılaşdıqlarını bildiriblər.
Qeyd edək ki, ABŞ-ın Çindən idxal olunan məhsullara tətbiq etdiyi rüsumlar fonunda bu istiqamətdə daşınan malların həcmi 60 faiz azalıb. Birləşmiş Ştatların ən böyük pərakəndə satış şirkətləri may ayında qıtlıq və daha yüksək qiymətlərlə üzləşəcəkləri barədə Ağ evə xəbərdarlıq ediblər.
Bununla yanaşı, ekspertlər rüsumların tez bir zamanda ləğvinin böhranı və inflyasiyanın kəskin artımını dayandıra biləcəyinə şübhə ilə yanaşırlar.
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?












