Ucuz alıb, qəpik-quruşa satırlar: Çin avtomobillərinin ucuzluğunun arxasında nə dayanır?

Çin avtomobilləri salondan evə apardığınız andan etibarən çox dəyər itirir
Çinli avtomobil istehsalçıları sürətlə qlobal bazarı ələ keçirirlər. Bu genişlənmədə onların əsas üstünlüyü aşağı qiymətdir. Avtosfer.az-ın xəbərinə görə, bununla belə, son araşdırmanın göstərdiyi kimi, bu aşağı qiymət çox xoşagəlməz effekti gizlədir - çox güman ki, siz Çin avtomobilini sərfəli şəkildə sata bilməyəcəksiniz.
Təfərrüatlar
Vyetnamda aparılan bir araşdırma göstərir ki, Çin markaları yapon və ya koreyalı rəqiblərinə nisbətən daha çox dəyər itirir. Araşdırma 2022-ci ildən 2024-cü ilə qədər SAIC şirkətinə məxsus olan Çin avtomobil istehsalçısı MG-nin üç məşhur modelinə baxılıb: MG 5 sedan, ZS və HS krosoverləri. Məlumat üçün bildirilir ki, MG 2020-ci ildə Vyetnam bazarına qayıdıb və hazırda regionda ən böyük Çin avtomobil istehsalçısıdır. MG HS kroccoveri cəmi iki il ərzində dəyərinin 33 faizini itirərək ən böyük enişlə üzləşib. MG5 sedanının dəyəri 27 fiz azalaraq geridə qalıb, ZS krossoveri isə eyni müddət ərzində 24 faiz dəyər itirib. Yerli bazar platforması OTO tərəfindən tərtib edilən məlumatlara digər avtomobil istehsalçılarının üç modeli ilə müqayisələr də daxildir. Cənubi Koreyanın Kia K3 sedanı 19 faiz, Hyundai Creta krossoveri isə 17 faiz ucuzlaşıb. Hyundai Tucson da 2022-2024-cü illər arasında dəyərinin 17 faizini itirib. Toyota kimi yapon modelləri eyni iki il ərzində 10-12 faiz dəyər itirmə nisbəti ilə dəyər saxlama baxımından ən yaxşı nəticələri göstəriblər. Bununla belə, bütün Çin avtomobilləri kəskin şəkildə dəyər itirmir. Digər Çin avtomobil istehsalçısı BAIC-dən Pekin X7 SUV iki il ərzində dəyərinin cəmi 12 faizini itirib ki, bu da əslində bəzi rəqiblərindən daha yaxşıdır. Analitiklər bunun Vyetnamda bu modelin sıx tədarükü və onu işlənmiş avtomobil bazarında məşhur edən cəlbedici texniki xüsusiyyətləri ilə izah edirlər (Lent.az).
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










