Ustaları təngə gətirən ÇİN MAŞINLARI: “Ehtiyat hissələri çatdıra bilmirik”

Son zamanlar qiymətlərində artım olmasına baxmayaraq Çin istehsalı maşınlara maraq qəti azalmır. Çünki zərif, səliqəli görünüşlü, son model, 0 km avtomobil hər kəsin arzusudur. Ona görə də az büdcəli alıcılar əlçatan qiymətlərə təzə maşın alıb yolların həzzini çıxarmağın zövqünü yaşamaq istəyirlər. Amma görünən odur ki, bu zövq çoxunun “boğazında qalacaq”.
Çünki Çin istehsalı maşınların artıq zəif yerləri özlərini göstərir.
Ehtiyat hissələrinin tədarükü ilə məşğul olan Nəzər Tağıyev bildirdi ki, xüsusilə amartizator, stabilizator linkləri, asqılar, elektron pompa, sükan mexanizmi (“rulevoy”), yastıqça (“paçevnik” - podşipnik) ən çox və tez xarab olan hissəslərdir:
“Çin maşınlarını bir alan sevinir, bir də satan”
“Sadəcə nümunə kimi gətirmişdik ki, satışda olsun. Bir həftə keçmədi ki, yenidən sifariş etməli olduq. Hazırda 300-dən artıq sifariş olunub yenə tələbat var. Ehtiyat hissələri çatdıra bilmirik. Detalların keyfiyyətində problem olur. Eyni modeldə belə hər partiyada keyfiyyət fərqi olur. Bəzi detallar tez sıradan çıxır”.
Mütəxəssis deyir ki, ustalar bu maşınlardan qaçır. Çünki problemi həll etsələr belə, qısa müddət sonra başqa yerin sıradan çıxma ehtimalı yüksək olur.
“Müştəri narazılığı artır. Yəni Çin maşınlarını bir alan sevinir, bir də satan. Çünki qorxurlar ki, tezliklə əllərində qalacaq”./bizim.media
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












