Vergi güzəştlərinin ləğvi və rəqabət "Tesla"nın satışlarına mənfi təsir göstərir

Elektrikli avtomobil istehsalçısı "Tesla" 2025-ci ilin son rübündə tədarük həcmlərində azalma ilə üzləşə bilər. Analitiklər bunu əsasən vergi güzəştlərinin aradan qalxması və artan rəqabətlə əlaqələndirirlər. Avtosfer.az xəbər verir ki, "Reuters"in məlumatına görə, ABŞ-də elektrikli avtomobillər üçün tətbiq olunan bəzi vergi kreditlərinin qüvvədən düşməsi Tesla məhsullarına tələbi zəiflədib. Eyni zamanda Çin və Avropa istehsalçılarının bazarda paylarını artırması şirkətin mövqelərinə əlavə təzyiq yaradıb. Məlumata əsasən, "Tesla"nın əsas bazarlarından biri olan Çində yerli brendlər daha ucuz modellər və dövlət dəstəyi hesabına üstünlük qazanırlar. Avropada isə elektromobil bazarında qiymət rəqabəti kəskinləşib.
Analitiklər qeyd edirlər ki, şirkət qiymət endirimləri hesabına tələbi stimullaşdırmağa çalışsa da, bu addımlar marja gəlirlərinin azalmasına səbəb olur. Eyni zamanda, "Tesla"nın yeni model təqdimatlarının gecikməsi də satış dinamikasına mənfi təsir göstərir.
Şirkət rəsmi olaraq rüblük nəticələri açıqlamayıb. Lakin bazar iştirakçıları "Tesla"nın tədarük göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə zəifləyəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, "Tesla" son illər elektromobil bazarında lider mövqedə olsa da, qlobal rəqabətin güclənməsi fonunda şirkət üçün 2025-ci il daha çətin keçib.
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












