"Volkswagen" 88 ildə ilk dəfə zavodunu bağlayacaq

Alman avtomobil istehsalçısı "Volkswagen" 16 dekabrdan sonra Almaniya şəhərində istehsalını tamamilə dayandıracaq.
Avtosfer.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, 88 illik tarixində ilk dəfə olaraq alman avtomobil istehsalçısı "Volkswagen" Almaniya zavodunu bağlayacaq.
Nəşrin məlumatına görə, şirkət Drezdendə istehsalı tamamilə dayandıracaq və bu, 16 dekabrdan sonra baş tutacaq.
"Volkswagen" Avropanın ən böyük avtomobil istehsalçısıdır, lakin Avropa ölkələrində tələbatın azalması, Çində zəif satışlar və ABŞ tərəfindən tətbiq edilən ticarət məhdudiyyətləri və tariflərinin artması da daxil olmaqla bir sıra çətinliklərlə üzləşir.
Bir müddət əvvəl Almaniyanın Bild qəzeti avtomobil istehsalçısındakı mənbələrə istinadən "Volkswagen"in müşahidə şurasının qeyri-sabit maliyyə vəziyyəti səbəbindən qarşıdakı illər üçün investisiya proqramının təsdiqini təxirə saldığını bildirmişdi.
Nəşr həmçinin zəif rüblük nəticələr səbəbindən Volkswagen də daxil olmaqla, Almaniya avtomobil sənayesinin təxminən 200.000 işçini işdən çıxara biləcəyini bildirib./ucnoqta.az
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












