“Volkswagen” və “Mercedes-Benz” şirkətlərinin gəlirləri xeyli azalıb

Almaniyanın nəhəng avtomobil istehsalçılarının gəlirləri ilin birinci rübündə xeyli azalıb.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Avropanın ən böyük avtomobil istehsalçısı olan “Volkswagen” şirkəti bu ilə də mənfəətin azalması ilə başlayıb.
Şirkətin rəsmi açıqlamasına görə, birinci rübdə xalis gəlirlər ötən illə müqayisədə 41 faiz azalaraq 2,19 milyard avroya düşüb. Gəlirlər xüsusilə Çin bazarında və batareya satışı sahəsində daha çox azalıb. Bununla belə, ümumi dövriyyə 3 faiz artaraq 77,6 milyard avroya çatıb.
“Mercedes-Benz” də oxşar çətinliklərlə üzləşib. Çin bazarında satışların azalması şirkətin gəlirlərinə daha çox təsir edib. Nəticədə şirkətin mənfəəti ilin üç ayında 43 faiz azalaraq 1,73 milyard avro olub. Ümumi dövriyyə də 7 faiz azalaraq 33,2 milyard avro təşkil edib.
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO
Tormoz disklərinin paslanması təhlükəlidirmi?
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO












