“Volvo” 11 ayda satış üzrə göstəriciləri açıqladı - 634 257 satılmış avtomobil

“Volvo Cars” 2021-ci ilin ilk 11 ayı ərzində satışlarını 8,8 faiz artıraraq 634 257 avtomobilə çatdığını bildirdi. Şirkət noyabrda 52,793 pərakəndə çatdırılma qeydə alıb ki, bu da keçən ilin eyni ayı ilə müqayisədə 20,7 faiz azalma deməkdir. Nəticəyə davamlı tədarük çatışmazlığı əhəmiyyətli dərəcədə təsir etdi, bu da istehsala və bunun nəticəsində müştərilərə çatdırılmaya təsirsiz ötüşmədi. Noyabr ayında yeni tam elektrik “C40 Recharge” modelinin pərakəndə satışına başlanıldı və Avropada noyabr ayında satılan bütün yeni “Volvo” avtomobillərinin yarısından çoxu Recharge modelləri idi.
Bu il indiyədək şirkətin qlobal satışlarının 25 faizindən çoxu “Recharge” modellərindən ibarətdir. Avropada bu faiz 40 faizdən çox, ABŞ-da isə 20 faizə yaxındır. Qlobal miqyasda “Recharge” avtomobillərinin satışı 2021-ci ilin əvvəlindən 2020-ci ilin eyni dövrü ilə müqayisədə 70 faizdən çox artıb.
ABŞ-da şirkət bu il indiyədək 111 733 avtomobil satıb ki, bu da 2020-ci ilin ilk 11 ayı ilə müqayisədə 16,5 faiz artım deməkdir. Noyabrda “Volvo Cars” ABŞ-da 7667 avtomobil satıb.
İlk 11 ayda Çində satışlar 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 157 034 avtomobil təşkil edib. Noyabr ayı ərzində “Volvo Cars” Çində 13 418 avtomobil satıb.
Şirkətin “Recharge” avtomobillərinə güclü tələbat satış performansını dəstəklədiyi üçün Avropada bu günə qədər satışlar 4,0 faiz artaraq 264 910 avtomobilə çatıb. Noyabrda şirkət regionda 22 415 avtomobil satıb.
Şirkətin Azərbaycan üzrə marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, ölkəmizdə də ilin ilk 11 ayı ərzində həyata keçirilən satışlar keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.1 faiz artmışdır. “Nəzərə alsaq ki, gələn ildən etibarən, ölkəyə idxal olunan elektrikli və plug-in hibrid avtomobillərinə vergi siyasətində xüsusi güzəştlər olacaq, 2022-ci ilin müvafiq dövrü üzrə satış rəqəmlərinin hazırki göstəricilərdən dəfələrlə artıq olacağını proqnozlaşdırmaq çətin deyil” – deyə şirkət nümayəndəsi bildirmişdir.
Qeyd edək ki, “Volvo Cars”-ın Azərbaycanda yeganə rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.
Bəzi hallarda avtomobillərdə projektordan istifadə edilməsinə icazə verilir - VİDEO
Benzin qıtlığı elektrikli maşınlara tələbatı artıracaq - AÇIQLAMA
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım











