Xocalının xüsusi avtomobil seriyası niyə yoxdur? – Hüquqşünas və deputatdan AÇIQLAMA

Hər bir rayonda qeydiyyatda olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının öz kodu var. Nəqliyyat vasitəsinin qeydiyyat nişanı ilə nəqliyyat vasitəsinin bütün rəsmi tarixi qeydiyyat məlumatlarını əldə etmək olur. Lakin işğaldan azad edilən Xocalı rayonunun özünəməxsus avtomobil seriyası mövcüd deyil. Hal-hazırda Xankəndi şəhərinin kodu Xocalı rayonunun seriya nömrəsidir. (26). Bəs Xocalı rayonuna xüsusi avtomobil seriyası verilməlidirmi?
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirib ki, Xankəndi şəhəri Azərbaycanın respublika tabeli şəhəridir və respublika tabeli şəhərlərin hamısının özlərinin dövlət qeydiyyat nişanlarında ayrıca kodları var. “Məsələn Naftalan şəhəri, Mingəçevir şəhəri, Sumqayıt şəhəri, Şirvan şəhəri və s. Şəki, Yevlax və Lənkəran şəhərləri həm respublika tabeli şəhər həm də rayon olduğu üçün rayon və şəhərə bir kod verilib".
Hüquqşünas bildirib ki, Xankəndi şəhəri Xocalı rayonunun ərazisindədir və ayrıca inzibati vahiddir. Bu səbəbdən hal-hazırda Xocalı rayonu ilə Xankəndi şəhərinin bir kodu var. “Kod açılması üçün də xüsusi normativ hüquqi akta ehtiyac yoxdur. Daxili İşlər Nazirliyi bunu öz daxilində həll edə bilər. Xocalı rayonunun mərkəzi Xocalı şəhəridir. Burada fərqli kodun olması daha düzgün olardı”.
Deputat Fazil Mustafa Avtosfer.az-a bildirib ki, Xocalı rayonu varsa və inzibati əraszi vahidi bu adla adlanırsa nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı üçün xüsusi kod verilməlidir.
“Bu məsələ daha çox məskunlaşmadan, statistik baxımdan əhalinin və avtomobillərin sayından asılıdır. Qanunvericilikdə hər bir rayon üçün ayrıca kodların verilməsi nəzərdə tutulub, yəni başqa rayonun kodunun Xocalı rayonun kodu təyin olunması düzgün deyil. Yəqin ki, müvafiq qurumlar bununla bağlı addımlar atacaq”.
Məhəbbət
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










