Yayda isti avadanlıqlarınızı necə korlaya bilər? - Avtomobilin salonundakı təhlükə

Əgər yayda avtomobil birbaşa günəş şüaları altında saxlanılarsa, onun içərisindəki temperatur 70 dərəcə Selsiyə qədər yüksələ bilər. Ona görə də avtomobildə enerji toplama cihazlarını, telefonları, poverbankları və digər avadanlıqları saxlamaq təhlükəlidir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı avtomobil mütəxəssisi Aleksey Kryukov xəbərdarlıq edib.
Müasir qurğularda litium-ion akkumulyatorlarının işləmə temperaturu 45 dərəcədir. Yüksək temperatur batareyanın kimyəvi baxımdan xarab olmasını sürətləndirir, onun şişməsinə və nadir hallarda yanğına və ya partlayışa səbəb ola bilər.
"Cihaz istidə nə qədər uzun müddət qalarsa, risk bir o qədər çox olar. Arxa tərəfdən korpus isti olmasa belə, içərisindəki temperatur kritik ola bilər", - deyə Kryukov bildirib.
Mütəxəssis, həmçinin xəbərdarlıq edib ki, yay aylarında avtomobildə enerjitoplama adapterlərini siqaret alışqanında, telefon və naviqatorları qabaq şüşədə, aerozollar və batareyaları saxlamamaq məsləhətdir. Bundan əlavə, fləş-disklər və yaddaş kartları, elektron breloklar/açarlar, qulaqlıqlar və kiçik aksesuarlar (plastik elementlər deformasiyaya uğrayır), eləcə də polarizasiya eynəkləri (linzalar əyriyə bilər) avtomobilin salonundakı istilikdən zərər çəkir.
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












