Yuxulu sürücülərlə bağlı AĞIR STATİSTİKA

Bu araşdırma başqa bir ölkədə aparılıb. Lakin məsələnin bizə toxunan tərəfləri olduğu üçün xəbəri yaymaq qərarına gəldik.
Avtosfer.az xəbər verir ki, Belçikanın Valoniya regionunda aparılmış araşdırmada məlum olub ki, sürücülərin 46 faizi ötən ay çox yorğun və ya yuxulu halda avtomobil idarə edib. Bu statistika həm sürücülərin, həm də digər yol hərəkəti iştirakçılarının hansı təhlükə altında olduğunu göstərir.
Yuxusuzluğun səbəbi gündəlik həyat tərzi və rejimsizlikdir. Avropanın yol hərəkəti ekspertləri hesab edirlər ki, yuxulu sürücü alkoqol qəbul etmiş sürücüdən daha təhlükəlidir. Sükan arxasında mürgüləyən sürücünün çox vaxt ətraf aləmlə kontaktı kəsilir, hadisələrə adekvat reaksiya verə bilmir.
Qonşu Rusiyada vəziyyət daha dəhşətlidir. Daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bildirib ki, federasiyada yol qəzası zamanı ölümlərin 60%-i üzbəüz toqquşmalar dır. Bunun başlıca səbəbi nə qədər təəccüblü olsa da, alkoqolizm deyil, sürücülərin uzaq yolda sükan arxasında yuxulamasıdır.
Avropalı mütəxəssislər çıxış yolunu adi qaydada görürlər: yorğunluq hiss edən kimi nəqliyyat vasitəsini dayandırıb istirahət etmək, ən geci 2 saatda bir dəfə 15 dəqiqə istirahət etmək. Ən əsası, uzaq yola çıxmazdan əvvəl yaxşı yatmaq.
Təəssüf ki, Azərbaycanda da sükan arxasında yatan sürücülərin törətdiyi ağır qəzalara rast gəlirik.
Vüqar
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI












