Ziya Bünyadov prospektində “ara işləyən” “avtoş” sürücü - ANBAAN VİDEO

Magistral yolda zolaqdan-zolağa hoppanan “Opel” sürücüsü digər maşınların hərəkət istiqamətinə əngəl yaratdı.
Avtosfer.az xəbər verir ki, həvəskar kamerası ilə çəkilən hadisə paytaxtın mərkəzi küçələrindən olan Ziya Bünyadov prospektində baş verib. Kameraya düşən görüntülərdən aydın olduğu kimi “Opel” markalı, 99-HE-436 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol boyunca hərəkət edən digər nəqliyyat vasitələrinə məhəl qoymadan onların qarşısına keçərək sağa-sola manevr edib və bununla kifayətlənməyərək əməlini ardıcıl olaraq törədib. Xoşbəxtlikdən önünə keçdiyi, yanından ötdüyü avtomobillərə xəsarət dəyməsə də, anlıq təhlükəli vəziyyətə imza atan sürücü bir neçə dəqiqə avtoxuliqanlıq şousunu nümayiş etdirib.
Qeyd edək ki, “avtoşluq” sərgiləyən sürücü “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində əksini tapan manevr etmə və 51ci maddədə vurğulanan sağdan ötmə qaydalarına zidd hərəkət etdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən, 40 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin Əkbər
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO











