Kamran Əliyev COP29-dan danışdı

"Bu tədbir iqlim fəaliyyətinə dair mühüm məsələləri müzakirə etmək və biomüxtəlifliyin qorunması, ekoloji cinayətlərə qarşı mübarizə, karbon emissiyalarının azaldılması üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkənin yaşıl enerji təşəbbüslərinə və ətraf mühitin mühafizəsinə bağlılığını nümayiş etdirir. COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir"
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
Kamran Əliyev həmçinin çıxışında Birləşmiş Ərən Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyana konfransın həmsədri kimi göstərdiyi liderliyi və BMT-nin Narkotiklər və Cinayətkarlıqla mübarizə üzrə İdarəsinin ekoloji cinayətlərə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndirib.
Baş Prokuror Azərbaycanın ətraf mühitin qorunması sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edildiyini və ölkənin ekoloji cinayətlərə qarşı sərt cəzalar tətbiq etdiyini qeyd edib.
Kamran Əliyev əlavə edib ki, Baş Prokurorluq iyun ayında Azərbaycanın Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda konfrans təşkil edib.
Baş prokuror Azərbaycanın gələcək hədəflərinin qanunların effektiv icrası, rəqəmsal iş sistemi, ekoloji nəqliyyat, meşə bərpası, dayanıqlı enerji istifadəsi, günəş və külək enerjisindən istifadə ilə bağlı olduğunu açıqlayıb.
“Gəlin, gələcək nəsillər üçün planetimizi qoruyaq”, – deyə Kamran Əliyev çıxışını yekunlaşdırıb.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











