Sürücülərin NƏZƏRİNƏ! Bakının bəzi küçələrində məhdudiyyət olacaq - SİYAHI

Bu gün Bakıda saat 11:00-dan 14:00-dək nəqliyyat monitorinqi keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair keçirilən dünənki brifinqdə məlumat verilib.
Məlumata əsasən, nəqliyyat monitorinqi bu gün - 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək.
Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək.
Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











