"Atlant"ın rəhbəri Tahir Qədəşov ÖLDÜ

Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.
Avtosfer.az Bizim.media-ya istinadən xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və İsnov kəndində dəfn olunacaq.
Qeyd edək ki, onun kürəkəni, “Təbriz” MTK-nın rəhbəri və “Atlant” istirahət mərkəzinin şəriklərindən biri olan Nofəl Hacıyev noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qərarı ilə “Atlant” Ailəvi İstirahət Mərkəzi də müsadirə olunub. İttihama əsasən, Nofəl Hacıyev 2018–2022-ci illərdə “Təbriz” MTK-nın tikilməkdə olan binalarındakı mənzilləri bir neçə şəxsə sataraq 171 vətəndaşın 14 milyon manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
İstintaq materiallarına görə, həmin vəsait “Atlant” istirahət mərkəzinin təmir-tikinti işlərinə yönəldilib. Məhkəmənin qərarına əsasən, kompleks hərrac yolu ilə satılacaq, əldə olunan vəsait isə zərərçəkmiş vətəndaşlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.
İş üzrə digər təqsirləndirilən şəxs, “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədova isə şərti cəza verilib.
Bu küçədə çuxurların əlindən hərəkət çətinləşib - Şikayətlər cavabsız qalıb - VİDEO
Bakıda sürücü avtobus sürməkdən imtina etdi: Türkiyəli xanım narazılıq etdi - VİDEO
Qırmızıda yolu qaçaraq keçən yaşlı kişi təhlükəli anlar yaşatdı - VİDEO
İqlim dəyişikliyi milyonadək insanın ölümü ilə nəticələndi
Nizamidə işıq dirəyinin lampası az qala maşının üstünə düşəcəkdi - VİDEO
Çuxurlar yolu iflic edib, sürücülər əks yola çıxmağa məcbur qalır - VİDEO
Təcili yardıma yol verən sürücünün avtomobilini vurdu, sonra ərazidən qaçdı - VİDEO
Xocasən yolundakı çuxurlar ya ziyan vurur, ya da qəza riski yaradır - VİDEO
İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü - VİDEO
Biləcəridə nəhəng ağac yolu bağladı, işi yarımçıq qoyub getdilər - VİDEO
Xırdalanda güclü külək binanın dam örtüyünü uçurdu – VİDEO












