Velosiped sürməklə karbon emissiyasını 50 faiz azalda bilərik - COP29-a qatılan səyyah

Velosipedçilər olaraq, velosiped sürməyin karbon emissiyalarını azaltmaq üçün çox yaxşı bir yol olduğunu xatırladırıq.
Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamsında COP29 çərçivəsində Azərbaycana səyahət edən velosipedçi Guillaume Claude Jean Louis Otrage deyib.
O qeyd edib ki, piyada gəzmək və velosiped sürməklə karbon emissiyasını 50% azalda bilərik: “Bu, çox təsirli bir yoldur. Bir çox şəhərlər var ki, velosiped sürmə nəqliyyatın cəmi 1%-ni təşkil edir, lakin elə şəhərlər də var ki, 12% və ya 20% olur. Əslində şəhərlərdə velosiped sürmə faizi 10%-dən aşağı olmamalıdır”.
Digər iqlim fəalı Əli Abdo Elsayed isə qeyd edib ki, COP29-un təşkili heyrətamizdir: “Azərbaycan çox gözəldir. İnsanlar çox mehribandırlar. Hələ şəhəri gəzməyə vaxtım olmayıb. Gəldiyimdən bəri COP29-da iştirak edirəm, amma inanıram ki, sabah və ya sonra şəhəri gəzmək və burada bəzi gözəl yerləri ziyarət etmək şansım olacaq”.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











