10 qəsəbənin sakinləri üçün ŞAD XƏBƏR - Bu tarixdən sürət qatarı...

Bakıda ictimai nəqliyyatdan istifadə edənlər üçün sürət qatarları ən optimal nəqliyyat növünə çevrilib.
Avtosfer.az xəbər verir ki, sərnişinlər səhər və axşam saatlarında sürət qatarından istifadə edərək mənzil başına rahat və vaxtında çata bilirlər.
Hazırda sürət qatarından istifadə bütün qəsəbə sakinləri üçün əlçatan deyil. Belə ki, Bakı ətrafında yaşayan sakinlər bəlli stansiyalardan istifadə edərək sürət qatarından istifadə edə bilirlər. Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə elektrik qatarları buna bariz nümunədir.
Gələcək günlərdə digər qəsəbələrin sakinləri üçün də sürət qatarından istifadənin əlçatan olub-olmayacağı ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sorğu göndərilib. Qurumdan bildirildi ki, bir çox qəsəbə sakinləri yaxın illərdə istəklərinə çatacaqlar:
"Bakı şəhərinin Baş planına əsasən 2027-ci ilin sonunadək Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndivə Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, eləcə də Zabrat-Maştağa-Zaqulba dəhlizinin yaradılması nəzərdə tutulur".
baku.ws
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












