20 Yanvar dairəsindəki xaosu necə həll etmək olar? - Taksi özbaşınalığı davam edir

Paytaxtın bəzi ərazilərində günün istənilən saatında olsa belə tıxac problemi hökm sürür. Piyadaların və sürücülərin daha çox narazılığına səbəb olan yerlərdən biri də “20 Yanvar” metrostansiyasının yaxınlığıdır. Təbii ki, sıxlığın baş verməsinə səbəb olan ciddi amillər var. Belə ki, ərazidə nəqliyyat vasitələrinin dayanma-durma və parklanma qaydalarını pozması lüzumsuz tıxacın baş verməsinə əsas səbəbdir. Nəticədə isə sürücülər və sərnişinlər saatlarla tıxacda dayanaraq yolun açılmasını gözləyir. Bu da öz növbəsində gecikmələrə və başqa qayda pozuntularına, ən pis halda, qəzalara gətirib çıxarır. Səbirsiz, sıxlıqdan tez zamanda qurtulmaq istəyən sürücülər avtobus zolağıyla sürür, manevr qaydasını pozur, işıqforu gözləmədən hərəkət edirlər. Bəs ərazidə tıxacın yaranmasına səbəb olan kimlərdir?
Metro və ətrafında saatlarla park edilmiş, yaxud anidən dayanan nəqliyyat vasitələrinin əksəriyyəti taksi fəaliyyəti ilə məşğul olur. Xüsusilə Xırdalan, Saray, Sumqayıt istiqamətində hərəkət edən maşınlar, mikroavtobuslardır. Digər tərəfdən, müxtəlif rayonlar üzrə işləyən “Qazel”lər də kifayət qədərdir. Vəziyyətin yaxşılaşması, sıxlığın aradan qaldırılması məqsədilə taksi və rayon avtobusları üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində yer ayrılsa da, sürücülər “öz qanunları” ilə hərəkət etməyə davam edirlər. Nə üçün belə etdiklərini soruşanda isə hər cür bəhanə eşitmək mümkündür.
Avtobusun müəyyən vaxt cədvəli mövcuddur və Sumqayıt Avtovağzalından hərəkətə başlayır. Lakin sərnişinlər vağzala getmədən, hələ də “20 Yanvar” metrosunun ətrafını zəbt edən manatlıq taksilərdən istifadə edir. Təbii ki, belə olduqda qayda pozan və ərazini çıxılmaz hala salan sürücülərin fəaliyyəti davam edəcək. Sərnişinlər isə öz növbəsində daha çox pul israf etmiş olacaq, digər tərəfdən də insanlara çətinlik yaradacaqlar.
Qeyd edək ki, ərazidə Dövlət Yol Polisi əməkdaşları fəaliyyət göstərir. Buna baxmayaraq qayda pozan sürücülər çəkinmədən öz əməllərini sonlandırmır. Bir sözlə, onlar üçün nə DYP əməkdaşı, nə cərimə, nə də narazı sürücü və piyadalar önəm kəsb etmir.
Nərmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












