27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - YENİLƏNİB

27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət davam edir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Köməkçisi Hikmət Hacıyev və Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, baş nazirin müavini Şahin Mustafayev Zəfər parkını ziyarət ediblər.
Onlar Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinun xüsusi nümayəndəsi Emin Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və digər dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov və qurumun digər əməkdaşları da Zəfər abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
***
27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
Avtosfer.az xəbər verir ki, rəsmi şəxslər, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edir, Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyurlar.
Baş nazir Əli Əsədov başda olmaqla Nazirlər Kabinetinin əməkdaşları, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Zəfər parkını ziyarət ediblər.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












