7 namizədin ödənişsiz efir ardıcıllığı belə olacaq - Siyahı

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul edilib: “İctimai Televiziya namizədlərə qatıldığı “Diqqət Mərkəzi Seçki” verilişi və sosial platformalar vasitəsilə seçki prosesində ödənişsiz təşviqat məsələlərinə öz dəstəyini verəcək”.
R.Qasımov bildirib ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri İctimai Televiziyanın efirində, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. Format dəyirmi masa şəklində olacaq. İTV-də və İctimai Radioda çıxışlar saat 21:00-da başlayacaq.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc;
2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI











