Adilə Mehdiyevanın ÖLÜM SƏBƏBİ: SƏS YAZISI…. - YENİ FAKTLAR
Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Mərhumun övladının taleyi ilə bağlı heç bir məlumat yoxdur.
Avtosfer.az bildirir ki, dedektiv Kşiştof Rutkovski və komandası bir aydan çox müddətdə Adilə Mehdiyeva və onun iki aylıq oğlu Emilin işi ilə bağlı araşdırma aparıb.
Dedektiv bu hadisənin “intihar” olduğu qənaətindədir.
“Biz qadının övladı ilə birgə intihar etdiyi qənaətindəyik. Ən çox ehtimal olunan variant budur. Ola bilsin ki, bu hadisənin baş verməsinə səbəb Azərbaycan vətəndaşının üzləşə biləcəyi şok olub. Qadının əri kameradakı görüntüləri izlədikdən sonra başına gələnləri ailəsinə danışıb. Təəssüf ki, polis bu səs yazısını ictimaiyyətə yaya bilmir. Çox güman, qadın depressiyaya düşüb və buna görə də, intihara meyilli olub. O, həkimlərin və sosial xidmətlərin himayəsində olub, ancaq ona effektiv profilaktik kömək göstərilməyib”.
Detektiv bildirib ki, bütün istintaq dövrü ərzində onun komandası həm quruda, həm suda, həm də havadan əməliyyatlar aparıb.
Qeyd edək ki, yerli polisi hələ də hadisələrin son versiyasını açıqlamayıb.
News24.az
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












