ADY bayram günlərində 74 min nəfərə yaxın sərnişinə xidmət göstərib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Yeni il tətilində sərnişinlərin təhlükəsiz, vaxtında və rahat səyahətinin təmin edilməsi üçün 30 dekabr – 5 yanvar tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Avtosfer.az xəbər verir ki, qeyri-iş günlərində ADY qatarları Abşeron dairəvi dəmir yolu və rayonlararası istiqamətlər üzrə ümumilikdə 73 885 nəfər sərnişinə xidmət göstərib.
Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Qəbələ–Bakı marşrutu üzrə 8 əlavə reys təyin olunub və 2239 nəfər sərnişin mənzil başına çatdırılıb.
Həmçinin gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişin tələbatının təmin olunması məqsədilə hər iki istiqamətdə ümumilikdə 14 əlavə reys təyin olunub və bayram günlərində müvafiq marşrutla 10 416 nəfər sərnişin daşınıb.
Bundan başqa, ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu ilə gecə qatarlarının hərəkətini bərpa edib. Bu istiqamətdə ilk qatarın doluluq səviyyəsinin 90 faizdən çox olması həmin xətt üzrə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir. 3, 4 və 5 yanvar tarixlərində bu marşrut üzrə 578 nəfər sərnişinə xidmət göstərilib.
Ümumilikdə tətil günlərində ADY qatarları ilə rayonlararası istiqamətlər üzrə xidmət göstərilən 13 233 nəfər sərnişindən 5686 nəfəri əlavə təyin edilmiş 22 reyslə daşınıb.
Qeyd edək ki, 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişin daşınmışdı. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib. 2023-cü ildə bu göstərici 30 min idi.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












