ADY dəmir yollarında təhlükəsizlik qaydalarını məktəblərdə öyrədir - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan məqsədlə məktəblərdə davamlı təlimlər keçilir, hərəkətin təhlükəsizliyinə mane ola biləcək kənar müdaxilələr haqqında məlumatlar verilir, şagirdlər qaydalarla tanış olurlar.
Məlumata görə, bu dəfə Görədil kəndində dəmir yolu yaxınlığında yerləşən İlqar Yusifov adına tam orta məktəbdə müəllim və şagird heyəti ilə təhlükəsizlik mövzusunda görüş keçirilib. Görüşdə ADY-nin ümumi fəaliyyəti, 145 illik tarixindən bəhs olunub, dəmiryol xətlərinin yaxınlığında təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
“Şagirdlər hər gün istifadə etdikləri dəmir yollarında bundan sonra təhlükəsizliyə xüsusi diqqət edəcəklərini bildiriblər”, - məlumatda qeyd olunur.



Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












