ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi Standartına uyğunluğunu təsdiq edən beynəlxalq sertifikat əldə edib.
ADY-dən Avtosfeer.az-a verilən məlumata görə, sertifikat bu ilin 26-29 noyabr tarixlərində ADY-nin fəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunluğunu qiymətləndirmək üçün aparılmış auditin nəticələri əsasında “TÜV Austria GMBH” sertifikatlaşdırma təşkilatı tərəfindən təqdim edilib:
"ISO standartları dünyada ən geniş yayılmış önəmli standartlardan biridir. ADY ISO 9001 sertifikatını almaqla qlobal səviyyədə yük və sərnişin daşımaları xidmətlərini təkmilləşdirmək istiqamətində çalışdığını bir daha təsdiq edir.
ISO 9001 sertifikatı Azərbaycan Dəmir Yollarının rəqabətqabiliyyətini daha da artıraraq müştəriləri və tərəfdaşları ilə daha sıx əlaqələr qurmasını təmin edir. Eyni zamanda, şirkətin strateji inkişafını daha da möhkəmləndirir, xidmət və məhsul keyfiyyətini yüksəltməklə müştəri məmnuniyyətini artırır.
ISO 9001 standartının tələbləri əsasında daxili proseslərin daha da optimallaşdırılması və səmərəliliyin artırılması nəticəsində daha effektiv müştəri yönümlü həllər təklif ediləcək. Müştəri məmnuniyyətini daha yüksək səviyyədə təmin edən şirkət üçün yeni biznes imkanları yaranacaq.
ISO 9001 sertifikatı ADY-nin keyfiyyətli xidmət öhdəliyini və müasir idarəetmə yanaşmalarını tətbiq etməsini daha geniş nümayiş etdirəcək, xidmətlərdə çeviklik və dəqiqlik səviyyələri yüksələcək.
ADY gələcəkdə də müştəri məmnuniyyətini artırmaq, əməyin təhlükəsizliyini təmin etmək üçün digər müvafiq sertifikatların əldə edilməsi üzərində iş aparır".
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












