ADY milli standartlaşdırma proqramı üzərində işləyir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) infrastrukturu və heyətinin təhlükəsizliyi ilə bağlı milli standartlaşdırma proqramı üzərində işləyir.
Avtosfer.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən “Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar” adlı tədbirdə bildirib.
"Biz mövcud xətlərin yenilənməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni tikinti layihələri icra edirik. Bu, təkcə həmin regionların bərpası deyil, həm də bu ərazilərin milli və beynəlxalq iqtisadiyyata inteqrasiyası ilə onların iqtisadi potensialının açılmasıdır. Yeni dəmir yolları həm yerli, həm də beynəlxalq şirkətlər üçün imkanlar yaratmaqla biznesi, ticarəti və icma inkişafını dəstəkləmək üçün nəzərdə tutulub”, - deyə o qeyd edib.
ADY rəsmisinin sözlərinə görə, Azərbaycan hökuməti biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş, o cümlədən dəmir yolu sektoruna birbaşa təsir edən bir sıra islahatlar həyata keçirib: “Bura gömrük prosedurlarının sadələşdirilməsi, inzibati proseslərin rəqəmsallaşdırılması, onların beynəlxalq təhlükəsizlik və əməliyyat standartlarına uyğunlaşdırılması daxildir. Məsələn, İqtisadiyyat Nazirliyi hazırda 2023-2025-ci illər üçün milli standartlaşdırma proqramı üzərində işləyir, biz isə dəmir yolu olaraq bu prosesdə iştirak edirik, xüsusilə infrastruktur modernləşdirilməsi, vaqonların yenilənməsi və texnoloji innovasiyalar kimi sahələrdə həm yerli, həm də beynəlxalq müəssisələrdən investisiyalar gözləyirik".
Qeyd edək ki, oktyabrın 21-25-i tarixlərində Almaniyanın iş adamları Azərbaycanda səfərdə olacaq. Səfərin əsas məqsədi dəmir yolu tikintisi, dəmir yolu texnologiyaları və nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etməkdir. Bu işgüzar missiya Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Almaniyanın Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir.
Səfər çərçivəsində alman sahibkarlar Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar, habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə edəcək və dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssisləri ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərlə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparacaqlar.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












